08 Aprel 2026, 13:55
FUTBOL
"Tottenhem"in yeni mövsüm üçün ilk transfer hədəfi bəlli oldu.
Matc.az xəbər verir ki, London təmsilçisi "Fiorentina"da çıxış edən Moyze Kini transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi italiyalı hücumçunun transferində israrlıdır. Paytaxt klubu 26 yaşlı forvardı yaydda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Moyze Kin bu mövsüm "Fiorentina"nın heyətində keçirdiyi 33 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

_1775660874.jpg)










