"Liveerpul" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə PSJ-yə 0:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqisi Arne Slot qarşılaşmadan sonra açıqlama verib. Niderlandlı mütəxəssis rəqibin daha yaxşı oynadığını bildirib:

"Bütün oyunu nəzərə alsaq, şanslıyıq ki, 0:2 hesabı ilə uduzduq. İlk matç çətin keçdi, amma biz hələ də növbəti mərhələyə yüksəlmək şanslarımızı itirməmişik. Hər iki komanda istənilən halda "Enfild Roud"da da oynayacaq. Öz meydanımızdakı oyun tam fərqli olacaq. Sevinirik ki, hələ də uğur qazanmaq şansımız var. Milli komandaların oyunları üçün yaranan fasilədən qayıtdıqdan sonra bütün bu matçların həyati əhəmiyyət daşıyacağını bilirdik. İndi bizə Premyer Liqa oyunlarında qələbələr lazımdır. Ümid edirəm ki, oyunçularım eyni mentaliteti ortaya qoya biləcəklər. Ötən mövsümdə də PSJ bu stadionda oyun baxımından bizi üstələmişdi, amma hesab bizim xeyrimizə olmuşdu. Bu da həmin vaxt inanılmaz sayılırdı. Lakin bu gün onlar bizdən xeyli üstün idilər və iki qoldan daha çoxunu da vura bilərdilər".

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü 14 aprel tarixində İngiltərədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest