"Milan" "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretskanı transfer etmək üçün fəal şəkildə çalışmağa başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, "Milan" 31 yaşlı alman futbolçuya ildə 5 milyon avro maaşla 3 illik müqavilə təklif edib. Bu, rəqiblərinin futbolçuya təklif etdiyi şərtlərdən daha əlverişlidir, çünki digər klublar yarımmüdafiəçiyə yalnız 2 illik müqavilə təklif etməyə hazırdırlar.

Qoretska özü gələcəyi ilə bağlı qərarını təxirə salmaq istəmir. O, çox güman ki, aprelin sonuna qədər növbəti klubunu seçəcək.

Qeyd edək ki, daha əvvəl "Yuventus" və "Fənərbaxça"nın Qoretska ilə maraqlandığı bildirilirdi. Yarımmüdafiəçi cari mövsümün sonunda Münhen klubunu azad agent kimi tərk edəcək. Onun müqaviləsi bu il iyunun 30-da başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest