"Qalatasaray" bu yay "Liverpul"un oyunçuları Məhəmməd Salah və Vircil van Deyk ilə müqavilə imzalamaq üçün işə başlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.

Bildirilir ki, transfer xərclərini azaltmaq üçün Türkiyə nəhəngi Macarıstan millisində oynayan 28 yaşlı müdafiəçi Roland Sallayini müqaviləyə daxil edə bilər. Bu mövsüm oyunçu bütün yarışlarda 40 oyunda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 33 yaşlı Salah mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlamışdı. 34 yaşlı van Deykin müqaviləsi isə 2027-ci ilin yayına qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest