Rumıniyada əfsanəvi məşqçi Mirça Luçeskunun adını daşıyan stadion tikiləcək.
Matc.az xəbər verir ki, bu barədə "Mediafax" məlumat yayıb.
Hazırda Buxarest "Dinamo"su Stefan çel Mare rayonunda yeni stadion inşa edir. Yeni arena "Dinamo Mirça Luçesku" adlanacaq.
Bu stadion köhnə arenanın yerində tikilir və işlər bir neçə il ərzində başa çatacaq. Stadiona Luçeskunun adını vermək barədə olanı Rumıniya daxili işlər naziri Katalin Predoi açıqlayıb.
Luçesku Buxarets "Dinamo"sunun əfsanəsidir. O, 1963-cü ildən 1977-ci ilə qədər paytaxt klubunda oynayıb və 1985-ci ildən 1990-cı ilə qədər komandanın baş məşqçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Mirça Luçesku bu il aprelin 7-də 80 yaşında vəfat edib. Onun dəfn mərasimi 10 aprel cümə günü Buxarestdə keçiriləcək.








_1775755974.jpg)



