11 Aprel 2026, 12:08
FUTBOL
"Bavariya" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordona maraq göstərir. Alman klubu 25 yaşlı vingerin nümayəndələri ilə əlaqə saxlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, "Liverpul" və "Arsenal" da Qordonu yaxından izləyir. "Nyukasl" ingilis oyunçunun potensial satışından təxminən 90-100 milyon avro gəlir əldə etmək istəyir.
Bu mövsüm Qordon bütün yarışlarda 45 oyunda meydana çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 60 milyon avrodur.












