"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının mövsümün ikinci yarısında göstərdiyi uğurlu performans haqda danışıb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis ona ünvanlanan suala belə cavab verib:

“Bunun hamısı günəşlə bağlıdır. Yox, zarafat etmirəm. Sadəcə, Mançesterdə heç vaxt günəş olmur. Əgər noyabrda günəş olsaydı, biz artıq yanvarda Premyer Liqada çempionu olardıq. Ona görə də həqiqətən hər şeyin günahkarı günəşdir, səmimi deyirəm. Oyunçuların əhval-ruhiyyəsi yaxşılaşıb”.

Qeyd edək ki, bu həftəsonu "Mançester Siti" üçün çempionluq mübarizəsində həlledici qarşılaşma olacaq. "Şəhərlilər" doğma meydanda lider "Arsenal"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest