12 Aprel 2026, 12:20
FUTBOL
Almaniyanın Regionalliqa Nordost turnirində son turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo Berlin" evdə "Herta" (Zelendorf) komandasını 5:1 hesabı ilə məğlub edib.
Zədəsi olması səbəbiylə Dadaşov bu oyunu buraxmalı olub.
Qeyd edək ki, "Dinamo" hazırda 32 xalla turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.












