18 Aprel 2026, 15:17
FUTBOL
Tanınmış niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldum cari mövsümün sonunda Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubundan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
35 yaşlı futbolçunun "Əl-İttifaq"la müqaviləsi cari mövsümün sonuna qədərdir və uzadılmayacaq. Yarımmüdafiəçi mövsümün sonunda azad agent olacaq.
Veynaldum 2023-cü ilin yayından "Əl-İttifaq" klubda oynayır. O, Fransanın PSJ klubundan 8 milyon avroya keçib. Bu mövsüm Veynaldum "Əl-İttifaq"da bütün yarışlarda 29 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" Niderland millisinin sabiq yarımmüdafiəçisini 2,5 milyon avro dəyərində qiymətləndirir.












