"Real" baş məşqçi dəyişikliyi ehtimalı ilə bağlı Massimiliano Alleqri və Maurisio Poçettino ilə bağlı variantları nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Équipe" nəşri paylaşıb.

Bildirilir ki, hazırkı məşqçi Alvaro Arbeloanın nəticələri qənaətbəxş deyil. Komanda Çempionlar Liqasından mübarizəni dayandırıb, İspaniya çempionluğu uğrunda mübarizədə də demək olar ki, əldən gedib.

Madrid klubu artıq məşqçi dəyişikliyi ehtimalı ilə bağlı mümkün namizədləri araşdırır. Prioritet seçimlər arasında "Milan"ın baş məşqçisi Massimiliano Alleqri və ABŞ millisini çalışdıran Maurisio Poçettino var.

Xatırladaq ki, "Real" 2026-cı il dünya çempionatından sonra Fransa millisindən ayrılacaq Didye Deşamın namizədliyini də nəzərdən keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest