Səudiyyə Ərəbistanı Futbol Federasiyası milli komandanın baş məşqçisi Erve Renarla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 57 yaşlı məşqçiyə 5 milyon avro təzminat ödənilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması yayda keçiriləcək dünya çempionatında H qrupunda İspaniya, Kabo-Verde və Uruqvayla mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest