18 Aprel 2026, 13:30
FUTBOL
İtaliyalı məşqçi Fabio Kapello A Seriyasının hazırkı səviyyəsindən narazılığını bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.
"İtaliya komandalarının Avropa yarışlarından kənarlaşdırılması yeni hadisə deyil, reallıqdır. Premyer Liqa ilə müqayisələr olunmamalıdır. Bizi bosniyalılar, türklər və norveçlilər məğlub edirlər. A Seriyasında hakimlər çox tez-tez fit çalırlar, istedad çatmır, qaçış azdır və müdafiə zəifdir...
Xaricdə ara-sıra oynayan Maktominay, Hoyland və Malen İtaliyada fərq yaradır. Bəzən isə fiziki cəhətdən üstünlük təşkil edirlər. Bu o deməkdir ki, onlar üçün daha asan bir mühitdədirlər", - deyə Kapello narazılığını ifadə edib.












