Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.

Matc.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.

Bakıdakı "Bank Respublika Arena"da təşkil olunan görüş Siyasət Əsgərovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.

DÇ-2027
C Liqası, III qrup
18 aprel (şənbə)

Azərbaycan – Andorra - 2:0
Qollar: Yeliz Acar, 12, Esra Manya, 64
Baş hakim: Vesna Miletiç
Baş hakimin köməkçiləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak
"Bank Respublika Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest