"Bavariya" "Çelsi"dən icarəyə götürdüyü Nikolas Ceksonun transfer hüquqlarına yiyələnməyəcək.

Matc.az xəbər verir ki, seneqallı forvard yayda İngiltərəyə qayıdacaq.

Cekson "Çelsi"də qalmayacaq. London təmsilçisi onu satmağı planlaşdırır. "Nyukasl" 24 yaşlı hücumçunun xidmətində maraqlıdır. "Sağsağanlar" 24 yaşlı forvard üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Nikolas Cekson mövsümün əvvəlində "Bavariya"ya keçib. O, komandanın heyətində meydana çıxdığı 29 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest