"Milan"ın futbolçusu Luka Modriç sıradan çıxıb.

Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi İtaliya çempionatının XXXIV turunun "Yuventus"la oyununda (0:0) zədələnib.

Modriçin almacıq sümüyündə iki sınıq aşkarlanıb. 40 yaşlı oyunçu mövsümün qalan dörd matçında iştirak etməyəcək. Təcrübəli futbolçunun zədəsi dünya çempionatına qədər sağalacaq.

Qeyd edək ki, Luka Modriç cari mövsümdə "Milan"ın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest