"Real"ın yollarını ayırmaq istədiyi Eduardo Kamavinqa klubu tərk etmək niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Fransalı futbolçu yay transfer pəncərəsi zamanı bütün təklifləri rədd etməyi planlaşdırır. 23 yaşlı yarımmüdafiəçi "kral klubu"nda qalmaq və əsas heyətə düşmək uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest