"Barselona" baş məşqçi Hans-Dieter Flik ilə müqavilənin uzadılması barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Hazırkı müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq alman mütəxəssis klubun sonuncu uzatma təklifini qəbul edib. Əvvəlcə yenidən prezident seçilmiş Joan Laportanın rəhbərlik etdiyi klub Flikin 2029-cu ilin iyun ayına qədər müqavilə imzalamasını istəyirdi. Lakin Almaniya millisinin keçmiş məşqçisi onun üçün daha rahat olacaq, daha qısa müqaviləyə üstünlük verib.

Yeni müqavilənin 2028-ci ilə qədər davam edəcəyi və əlavə bir mövsüm uzatmaq seçimi ilə bağlanacağı barədə razılığa gəlinib.

Flikin Kataloniya klubu ilə müqaviləsinin digər təfərrüatları gələn həftə, onun agenti Pini Zahavi gələndə müzakirə olunacaq. Görüşdə hücumçu Robert Levandovskinin gələcəyi də müzakirə olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest