"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real"a mümkün qayıdışı ilə bağlı xəbərlərə münasibət bildirib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlamasında deyib:

"Xeyr, "Real"dan heç kim mənimlə danışmayıb, buna zəmanət verə bilərəm. Bundan əlavə heçnə deyə bilmərəm. Müqaviləmin bitməsinə 1 il qalıb və bu qədər. Özümdən çox klub və oyunçular üçün əlimdən gələni etməyi düşünürəm. Hazırda "Famalikao", sonra "Braqa", daha sonra "Eştoril" və sonra bir az da işləyəcəyəm - və yalnız bundan sonra istirahət olacaq.

Məşqçi klubda nə qədər çox qalsa, komandanı, heyətə bir o qədər çox nəzarət edir... bu, normal bir prosesdir. Bir məşqçinin 6 və ya 7 il işlədiyi "Arsenal" və "Mançester Siti" kimi nümunələrə baxın. Bütün xırdalıqların onların menecerlərinə aid olduğu göz qabağındadır. Gəlib-gedən məşqçilər öz izlərini qoymaqda çətinlik çəkirlər. Baxacayıq", - deyə Mourinyo bildirib.

Qeyd edək ki, Mourinyonun "Benfika" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest