"Barselona"nın hücumçusu Robert Levandovskinin karyerasını İtaliyada davam etdirmək ehtimalı getdikcə artır.

Matc.az xəbər verir ki, bu barədə "TuttoSport" məlumat yayıb.

O, "Yuventus"la şifahi razılıq əldə edib. Lakin razılaşmanın reallaşması üçün, "Qoca sinyora" 2026/27 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanmalıdır.

Polşalı futbolçu İspaniya nəhəngindən azad agent kimi ayrılarsa, onun üçün Turin klubu ən sərfəli və ehtimal olunan seçimdir.

37 yaşlı hücumçunun agentinin artıq "Yuventus" nümayəndələri ilə görüşdüyü, 6 milyon avro və əlavə bonuslarla 1 illik müqavilə barədə razılığa gəldiyi bildirilir.

Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir və "Transfermarkt" onun dəyərini 8 milyon avro olaraq qiymətləndirir.

Polşa millisinin hücumçusu 2022-ci ilin yayından bəri Kataloniya komandasında oynayır. O vaxtdan bəri o, "Barselona"da 188 oyun keçirib (118 qol və 24 məhsuldar ötürmə) və 6 kubok qazanıb.

Levandovski cari mövsümündə 41 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest