"Milan"ın keçmiş oyunçusu və məşqçisi Fabio Kapello sabiq klubuna Rafael Leaonun müqabilində "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee ilə müqavilə imzalamağı məsləhət görüb.
Matc.az xəbər verir ki, o, bunu "Gazzetta dello Sport"a verdiyi açıqlamada deyib.
Kapello hesab edir ki, İtaliyaya qayıtmaq oyunçu üçün ən yaxşı seçim olardı:
"Əgər mən "Milan"da olsaydım, dərhal mübadilə edərdim. Mən onu 3-5-2 sxemi üçün ideal oyunçu kimi görürəm".
24 yaşlı hücumçu 2 il əvvəl "Bolonya"dan 36,5 milyon funt-sterlinqə transfer olunduğundan bəri "Mançester Yunayted"in heyətində özünü təsdiqləyə bilməyib. O, bu mövsüm Premyer Liqada cəmi 4 oyunda meydana çıxıb və iki mövsüm ərzində 52 oyunda 5 qol vurub.
Benyamin Şeşko və Brayan Mbemonun transferindən sonra hücum xəttində rəqabət daha da artıb və bu, niderlandlı futbolçunun oyun müddətinin biraz da azalmasına səbəb olub. Onun yayda klubdan ayrılacağı gözlənilir.











_1692637766.png)