"Milan"ın futbolçusu Rafael Leao karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

"Bavariya" Portuqaliya millisinin üzvünü transfer etmək istəyir. Münhen təmsilçisi 26 yaşlı vinger üçün yayda 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest