05 May 2026, 16:57
FUTBOL
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliyanın qardaşı Tornike Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "gazzetta.ge" portalı məlumat yayıb.
"Bavariya" Tbilisi "Dinamo"sunun əvəzedici komandasında çıxış edən 16 yaşlı vingeri yaxından izləyir. Münhen təmsilçisi gürcü futbolçu üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır.
Gənc oyunçu ilə "Yuventus", "Napoli" və Belçikanın bir neçə klubunun da maraqlandığı bildirilir.
Qeyd edək ki, Tornike Kvaratsxeliya Gürcüstanın U-17 millisinin üzvüdür.






_1777996291.jpg)





_1777987168.jpg)