05 May 2026, 18:46
FUTBOL
"Real"ın baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappeni mayın 10-da baş tutacaq "Barselona"ya qarşı oyunda meydana buraxmamaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumatı yayıb.
Bildirilir ki, Arbeloa Mbappeyə oyuna qədər zədəsini sağaltsa belə, start heyətdə yer verməyəcək.
Xatırladaq ki, Mbappe La Liqanın 32-ci turunda "Betis"ə qarşı keçirilən matçda sol ayağından yarım vətər zədəsi alıb. Onun bərpa dövründə Fransa və İtaliyaya gəzintiyə getməsi, azarkeşlərin ciddi tənqidinə səbəb olub.
Fransız hücumçu bu mövsüm bütün yarışlarda 41 oyunda 41 qol vurub.












_1777996291.jpg)