12 May 2026, 10:37
FUTBOL
İspaniya La Liqasını tərk edəcək ilk klub müəyyənləşib.
Matc.az xəbər verir ki, mövsümün bitməsinə üç tur qalmış "Ovyedo"nun elita ilə vidalaşacağı dəqiqləşib.
Qulyermo Almadanın rəhbərlik etdiyi kollektiv XXXV turda doğma meydanda "Xetafe" ilə qolsuz heç-heçə edib. Onlar mövsümün bitməsinə üç tur qalmış 17-ci pillədəki "Jirona"dan 10 xal geri qalırlar.
Qeyd edək ki, "Ovyedo" 2025/2026 möğvsümündə La Liqaya yüksəlmişdi.













