Fransa I Liqasının 29-cu turunun təxirə salınmış qarşılaşmasında PSJ səfərdə "Lans"a 0:2 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, bu qələbədən sonra PSJ sona bir tur qalmış çempionluğu təmin edib.

Bu, Paris klubunun tarixində 14-cü Fransa çempionluğudur.

Qeyd edək ki, PSJ-nin hazırda aktivində 76 xalı var. "Lans" isə 67 xalla ikinci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest