"Məşqçilər heyəti olaraq potensial rəqiblərin oyunlarına baxırıq".

"Qəbələ" Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Bu gün yaxşı oynadıq. Birinci hissədə sonluqlarla bağlı problem yaşayırdıq. İkinci hissədə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra da yaxşı oyun göstərməyə davam edirdik. İki qol vurduq. Daha çox qol vura bilərdik. Bu oyunda çox müsbət məqamlar gördüm. Matç turnir cədvəli baxımından demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq futbolçular qarşılaşmaya kökləndilər və sona qədər mübarizə apardılar.

- Müsbət məqamlar deyəndə nəyi nəzərdə tutursuz?
- Oyunu. Çox baxımlı oynadıq. Komanda hesabda geri ola-ola qələbə qazandı. Bu da pozitiv məqamdır.

- Pley-offda rəqibiniz "Səbail" və ya "Mingəçevir" olacaq. Rəqibləri təhlil etmisiz? Düşünmürsüz ki, "Qəbələ" rahat qələbə qazanacaq?
- Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hansısa oyunu rahat hesab edə bilmərik. Əlbəttə ki, hazırlaşırıq. Məşqçilər heyəti olaraq potensial rəqiblərin oyunlarına baxırıq. Amma futbolçular yox. Onlar qarşıdakı "Şamaxı" ilə matça hazırlaşırlar.

- Klubla 1 illik müqaviləniz var. "Qəbələ"də qalsaz, necə komanda qurmağı düşünürsüz?
- Hazırda yalnız ayın 28-də keçiriləcək pley-off matçını düşünürəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest