"Bavariya" kapitanı Manuel Noyerin müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq. Maliyyə detalları açıqlanmasa da, alman qolkiperin maaşı hazırda aldığı təxminən 20 milyon avro ilə müqayisədə xeyli azaldılacağı bildirilir.

Digər qapıçı Sven Ulrayxt da eyni müddətə müqaviləsini uzadıb.

Noyer 2011-ci ilin yayından bəri "Bavariya"da oynayır. 40 yaşlı futbolçu münhenlilərin heytətində 597 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest