İspaniya La Liqasında 2019-20 mövsümünün püşkatma mərasimi olub. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, artıq tam təqvim bəlli olub.

Son çempion "Barselona" mövsümə Bilbaoda, əzəli rəqib "Real" isə Viqoda başlayacaq. çempionluq uğrunda onların digər rəqibi "Atletiko" açılış turunda doğma azarkeşləri önündə "Xetafe"ni qəbul edəcək.

İlk turun görüşləri avqustun 18-də keçiriləcək. Mövsümə gələn il mayın 24-də yekun vurulacaq.

Həmçinin "El Klasiko"ların vaxtı da müəyyənləşib. "Barselona" ilə "Real" ilk olaraq oktyabrın 27-də "Nou Kamp"da üz-üzə gələcək. İkinci dövrədəki "El Klasiko" isə gələn il martın 1-də "Santyaqo Bernabeu"da keçiriləcək.

 

İspaniya La Liqası

I tur

18 avqust

"Atletik" - "Barselona"

"Selta" - "Real"

"Atletiko" - "Xetafe"

"Malyorka" - "Eybar"

"Espanyol" - "Sevilya"

"Alaves" - "Levante"

"Valensiya" - "Real Sosyedad"

"Betis" - "Valyadolid"

"Leqanes" - "Osasuna"

"Vilyarreal" - "Qranada"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest