Amsterdamın "Ayaks" klubu Madrid "Real"ının mərkəz yarımmüdafiəçisi Daniel Seballos ilə müqavilə imzalamaq üçün danışıqların son mərhələsinə qədəm qoyub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder və jurnalist Matteo Moretto paylaşıb.
Bildirilir ki, 29 yaşlı ispaniyalı futbolçu bu yay Niderland nəhənginə qoşula bilər. Madrid klubunun məşqçilər heyətinin daha gənc oyunçulara üstünlük verməsi Seballosun komandadan ayrılmaq qərarına birbaşa təsir edib. Daha çox oyun vaxtı qazanmaq istəyən yarımmüdafiəçi üçün "Ayaks" "Real"a təxminən 6 milyon avro təklif etsə də, İspaniya təmsilçisi hələlik bu təklifə yekun cavab verməyib.
Arxada qalan mövsümdə "Real" forması ilə 23 rəsmi matçda meydana çıxan, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qala bilməyən Seballosun paytaxt klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. "Transfermarkt" portalında təcrübəli futbolçunun hazırkı dəyəri 8 milyon avro təşkil edir.




_1780509854.jpg)






_1780500978.jpg)

