"Qarabağ"ın U-14 komandası 5-8 iyun tarixlərində İtaliyanın Palmanova şəhərində təşkil olunacaq 9-cu "Fabio Zuccheri Cup" beynəlxalq turnirində iştirak edəcək.

"Qarabağ"ın U-14 komandası 5-8 iyun tarixlərində İtaliyanın Palmanova şəhərində təşkil olunacaq 9-cu "Fabio Zuccheri Cup" beynəlxalq turnirində iştirak edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

"Qarabağ" 12 komandanın mübarizə aparacağı yarışda B qrupunda yer alacaq. Təmsilçimiz qrup mərhələsində İtaliyanın "Bolonya", "Karlin Muzane" və Xorvatiyanın "Hayduk" klubları ilə qarşılaşacaq.

Turnirdə iştirak edəcək digər komandalar arasında İtaliyanın "Atalanta", "Venesiya" və "Udineze", Bosniya və Herseqovinanın "Jrinski", Sloveniyanın "Primorye", həmçinin Xorvatiyanın "Lokomotiv" (Zaqreb) klubları da yer alır.

Reqlamentə əsasən, qrup qalibləri və ən yaxşı nəticə göstərən ikinci yer sahibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Digər komandalar isə 5-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Qrup mərhələsinin oyunları təbii örtüklü "Armando Zimolo Trivinyano" stadionunda keçiriləcək. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

"Qarabağ"ın ilk oyununu iyunun 6-da "Karlin Muzane", daha sonra isə "Bolonya" və "Hayduk"la qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları və bağlanış mərasimi iyunun 7-də baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest