"Napoli" və Belçika millisinin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne İtaliya klubundan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, MLS-in bir neçə klubu 34 yaşlı təcrübəli yarımmüdafiəçini heyətinə qatmaqda ciddi şəkildə maraqlıdır. Belçikalı ulduzun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və sözləşmədə müddəti daha 1 il uzatmaq imkanı yer alır. Hazırda futbolçunun İtaliya klubundakı illik maaşı 6,5 milyon avro təşkil edir.
Ötən yay "transfer pəncərəsi"ndə İngiltərənin "Mançester Siti" klubundan azad agent kimi ayrılaraq "Napoli"yə qoşulan De Bruyne, arxada qalan mövsümdə İtaliya klubunun forması ilə 21 rəsmi matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, təcrübəli oyunçunun komandadan ayrılmaq istəməsinə klub daxilindəki proseslər də təsir göstərə bilər. Belə ki, De Bruyne əvvəllər "Napoli"nin baş məşqçisi Antonio Konte haqqında mənfi fikirlər səsləndirib və onun gedişindən məmnun olduğunu etiraf edib. Hazırda isə Neapol klubunun sükanı arxasına Massimiliano Allegrinin gətiriləcəyi ehtimal olunur.






_1780509854.jpg)






