"Milan" klubu baş məşqçi postuna namizədlərlə bağlı hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, Milan klubunun rəhbərliyi "Mançester Yunayted"in keçmiş baş məşqçisi Ruben Amorimlə birbaşa danışıqlar aparacaq.

"Milan" rəhbərliyi ən qısa müddətdə yeni baş məşqçi təyin etməyə can atır. Klub rəsmiləri Amorimlə yanaşı, "Kristal Pelas"ın çalışdırıcısı Oliver Qlasner və "Əl-Əhli"nin baş məşqçisi Mattias Cayssel ilə də danışıqlar aparmağı planlaşdırır. Lakin qeyd olunur ki, Qlasner hazırda "Milan" üçün prioritet namizəd hesab edilmir.

Ruben Amorim bu ilin yanvar ayında "Mançester Yunayted"dəki vəzifəsindən azad edilib. O, 2024-cü ilin noyabrından bəri rəhbərlik etdiyi "qırmızı şeytanlar"ı 2025-ci ilin mayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına qədər yüksəltmişdi. Portuqaliyalı mütəxəssislə son günlərdə "Benfika" klubu da yaxından maraqlanır.

Xatırladaq ki, ötən mövsümün sonunda "Milan" Massimiliano Alleqrini baş məşqçi vəzifəsindən azad edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest