11 İyun 2026, 12:30
FUTBOL
"Fənərbaxça" "Borussiya"da çıxış edən Seru Qirassinin transferini yekunlaşdırmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul nəhəngi qvineyalı hücumçu üçün Almaniya klubuna 35 milyon avro təzminat ödəyəcək. 30 yaşlı forvardla 3 illik müqavilə izalanacaq. Oyunçunun illik maaşı 10 milyoon avro təşkil edəcək.
Qeyd edək ki, Seru Qirassi 2024-cü ilin yayından "Borussiya"da çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib.













