11 İyun 2026, 14:58
FUTBOL
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandası iki pillə geriləyib.
Ayxan Abbasovun komandası hazırda 1132.00 xalla 126-cı yeri tutur. Millətlər Liqasında yığmamızın rəqiblərindən olan Litva 149-cu (1056.85), Lixtentşteyn isə 206-cı pillədədir (797.70).
Reytinqə son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir. İspaniya seçməsi 2-ci, Fransa isə 3-cü yerdədir.

_1781194532.jpg)











