"Fulhem" Marku Silvanın "Benfika"ya getməsindən sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.

Matc.az xəbər verir ki, boş qalan vəzifəyə namizədlərdən biri Alvaro Arbeloadır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

London klubunun nümayəndələri artıq 43 yaşlı məşqçi ilə mümkün təyinatla bağlı danışıqlar aparıblar. Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər, lakin hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, Alvaro Arbelonanın son iş yeri ötən mövsümün sonunda ayrıldığı Madrid "Real"ıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest