11 İyun 2026, 16:25
FUTBOL
Dris Mertens sabiq klubu "Qalatasraay"a qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Belçikalı keçmiş hücumçu baş məşqçi Okan Burukun məşqçilər korpusunda yer alacaq. Artıq bir müddətdir tərəflər arasında danışıqların gedir. 39 yaşlı veteran futbolçunun İstanbul təmsilçisində çalışmağa razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Dris Mertens 2022-2025-ci illərdə "Qalatasary"da çıxış edib. O, "sarı-qırmızılar"ın heyətində üç dəfə çempionluq sevinci yaşayıb.













