"Atalanta"nın sağ cinah müdafiəçisi Marko Palestra yaxın vaxtlarda klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, gənc futbolçu Londonun "Çelsi" klubunun heyətinə qoşulacaq. Tərəflər artıq transferlə bağlı şifahi razılıq əldə ediblər.
Berqamo təmsilçisi bu keçiddən 55 milyon avrodan çox gəlir əldə edəcək. Müqavilədə həmçinin oyunçunun növbəti satışından əldə olunacaq gəlirin müəyyən bir faizi də yer alıb.
Qeyd edək ki, istedadlı italyan futbolçu 2025/26 mövsümünü icarə əsasında "Kalyari"də keçirib. O, meydana çıxdığı 37 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yaddan qalıb.
A Seriyasının ötən mövsümünün ən yaxşı müdafiəçisi seçilən 21 yaşlı Palestranı Milanın "İnter" klubu da heyətinə qatmaq istəyirdi.













