24 İyun 2026, 13:08
FUTBOL
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, kolumbiyalı yarımmüdafiəçi ilə anlaşma "1+1" il müddətinədir.
21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Zaragoza" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfield"ində başlayan Herreranın sonuncu klubu Dominikanın "San Kristobal"ı olub.













