İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun "Nottingem Forest"dən "Mançester Siti"yə keçidi Britaniya futbolu tarixində ən bahalı transfer olub.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, sövdələşmənin məbləği 135 milyon avro təşkil edib. Əvvəlki rekord Dortmund "Borussiya"sından Madrid "Real"ına 130 milyon avroya keçən yarımmüdafiəçi Cud Bellingemə məxsus idi.
Anderson həmçinin futbol tarixindəki ən bahalı ilk 5 transfer siyahısına daxil olub. Siyahıya hücumçu Neymarın "Barselona"dan PSJ-yə keçidi (222 milyon avro) başçılıq edir.
Elliot Anderson "Nyukasl" akademiyasının yetirməsidir. Ötən mövsüm o, Premyer Liqada 38 oyuna çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib.













