02 İyul 2026, 11:18
FUTBOL
Bu gün "Neftçi" Sloveniya toplanışı çərçivəsində ilk sınaq matçında qüvvəsini sınayacaq.
Bu gün "Neftçi" Sloveniya toplanışı çərçivəsində ilk sınaq matçında qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" klubu ilə qarşılaşacaq.
Yuri Vernidubun rəhbərlik etdiyi komandanın bu oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bildirilir ki, "ağ-qaralar"ın Sloveniyadakı digər rəqibləri və oyun təqvimi də bəllidir. "Neftçi" iyulun 6-da Serbiyanın "Partizan", 10-da eyni ölkənin digər təmsilçisi "Radniçki Niş", iyulun 13-də isə Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama görüşlərində üz-üzə gələcək.












