ABŞ yığmasının 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina komandası üzərində 2:0 hesablı qələbə qazanmasından sonra turnirin növbəti pley-off mərhələsinin 10 iştirakçısı məlum olub.

Matc.az xəbər verir ki, bununla da ABŞ yarışın 1/8 finalında iştirakını təmin edən yubiley - 10-cu yığma olub.

Daha əvvəl Belçika, İngiltərə, Meksika, Fransa, Paraqvay, Braziliya, Norvegiya, Mərakeş və Kanada bu uğura imza atıblar.

İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya, İsveçrə – Əlcəzair, Argentina – Kabo-Verde, Kolumbiya – Qana, həmçinin Misir – Avstraliya oyunlarının yekununda müəyyənləşəcək daha 6 vakant yer qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest