"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat gerçəkləşib.

"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat gerçəkləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu vəzifəyə Adil Şükürov təyin edilib.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest