04 İyul 2026, 11:12
FUTBOL
Azərbaycan I Liqası komandalarından "Xankəndi" baş məşqçi Zaur Hacıyevin gələcəyi ilə bağlı qərar qəbul edib.
Matc.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bölgə təmsilçisi ilə yeni mövsümdə də mütəxəssislə əməkdaşlığını davam etdirəcək.
Klub Z.Hacıyevlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Xankəndi" ötən mövsüm II Liqada çempion olmaqla I Liqaya vəsiqə qazanıb.













