Donetskin "Şaxtyor" klubunun baş məşqçisi Arda Turanın İspaniyanın vergi orqanları ilə problemləri yaranıb.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, bir neçə gün əvvəl İspaniya Vergi Agentliyi dövlətə 600 min avrodan çox borcu olan fiziki şəxslərin siyahısını dərc edib. Siyahıda adı çəkilənlər arasında Turan da var. Onun vergi borcu 1,26 milyon avro qiymətləndirilir.

39 yaşlı türkiyəli mütəxəssis ötən il də analoji siyahıya düşdüyü üçün bu məsələdə təkrar qayda pozuntusuna yol vermiş hesab olunur.

Xatırladaq ki, Turan 2011–2020-ci illərdə İspaniyada "Atletiko" və "Barselona" klublarında çıxış edib.

O, 2025-ci ilin yayından bəri "Şaxtyor"a rəhbərlik edir. Türkiyəli mütəxəssis 2025/26 mövsümündə komandanı Ukrayna Premyer Liqasında çempionluğa daşıyıb və çempionatın ən yaxşı baş məşqçisi seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest