"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik "Real"ın (Madrid) hücumçusu Vinisius Junioru əsas transfer hədəfi kimi nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" təxminən 137 milyon dollar (120 milyon avro) məbləğində rəsmi təklif hazırlayıblar və yaxın həftələrdə bunu "Kral klubu"na təqdim edə bilərlər.

Hazırda Vinisius 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq barədə "Real"la razılığa gələ bilməyib. Klub rəhbərliyinin braziliyalı hücumçunun Kilian Mbappe ilə eyni səviyyədə maaş tələbini yerinə yetirməyə hazır olmadığı vurğulanır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest