04 İyul 2026, 00:01
FUTBOL
2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” transferini reallaşdırıb.
2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalanıb. 25 yaşlı braziliyalı qapıçı “1” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.













