04 İyul 2026, 00:36
FUTBOL
Şamaxı təmsilçisi hazırlıq prosesi çərçivəsində "Kəpəz" komandası ilə qüvvəsini sınayacaq.
"Şamaxı" futbol klubunun yay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı ilk rəqiblərdən biri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şamaxı təmsilçisi hazırlıq prosesi çərçivəsində "Kəpəz" komandası ilə qüvvəsini sınayacaq.
Qarşılaşma iyulun 20-si Qəbələ şəhər stadionunda keçiriləcək.













