07 İyul 2026, 14:18
FUTBOL
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tədbir iyulun 17-də "Holiday Inn" hotelində baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.













