Belçika millisinin və "Real"ın qapıçısı Tibo Kurtua sol budun düz əzələsinin zədələnməsi səbəbindən 4-8 həftəlik müddətə yaşıl meydanlardan kənarda qala bilər.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri idman fizioterapevti Anhel Vilyanuevaya istinadən məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı qolkiper "Kral klubu"nun mövsümdəki ilk oyunlarını qaçırmaq riski ilə üzləşib. "Real"ın avqustun 16-da İspaniya çempionatının I turunda "Real Sosyedad"la qarşılaşacağı gözlənilsə də, Madrid komandasının futbolçularının dünya çempionatında iştirakı səbəbindən bu oyun təxirə salına bilər.

Qeyd edək ki, Kurtua zədəni 2026-cı il dünya çempionatının 1/4 finalında İspaniyaya qarşı keçirilən görüşdə (2:1) alıb. Təcrübəli qapıçı qarşılaşmanın 71-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Kurtua ötən mövsümlərdə də ağır diz zədələrindən əziyyət çəkib və onun yoxluğunda Madrid klubunun qapısını ukraynalı Andrey Lunin qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest