"Fənərbaxça" Kərəm Aktürkoğlunun komandadan ayrılacağı təqdirdə Ademola Lukman üçün yenidən hərəkətə keçə bilər. Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun Türkiyə millisinin üzvü üçün təxminən 35 milyon avroluq təklif hazırladığı iddia edilir.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

Bildirilir ki, cazibədar təklif qarşısında bu transfer reallaşarsa, İstanbul təmsilçisi ötən qış "transfer pəncərəsi"ndə çox istədiyi Ademola Lukmanı yenidən gündəminə alacaq.

"Fənərbaxça" rəhbərliyi həmin vaxt "Atalanta" forması geyinən nigeriyalı vingeri heyətinə qatmaq istəsə də, keçid baş tutmamış və oyunçu daha sonra Madrid "Atletiko"su ilə müqavilə imzalamışdı.

Kərəm Aktürkoğlunun ayrılığından sonra İspaniya klubunun qapısını döyməyə hazırlaşan İstanbul klubunun transfer siyahısındakı 28 yaşlı oyunçunun hazırkı dəyəri 40 milyon avro civarındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest